Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2011-cu ilin II rübünü başa vurdu

2 Avq 2011


Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan II rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 1 226 min AZN, 1 402 min ABŞ dolları, 181 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. 

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 37 mln.  AZN təşkil edir.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 3 381 mln.  AZN, qorunmayan əmanətlər 1 352 mln. AZN, qorunan əmanətlər isə 2 029 mln. AZN təşkil edir.

Qorunan əmanətçilərin sayı 5 422 min 725 nəfərdir.

01 iyun  2010- cu il  tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.