Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin IV rübünü başa vurdu

28 Dek 2010

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan IV rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 1 050 min AZN, 1 361 min ABŞ dolları, 182 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür.

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 32 mln. AZN təşkil edir.   Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 2 911,6 mln. AZN, qorunmayan əmanətlər 1 050,6 mln. AZN, qorunan əmanətlər isə 1 860,9 mln. manat AZN təşkil edir.

Qorunan əmanətçilərin sayı 5 424 min nəfərdir.    01 iyun 2010-cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.