Xəbərlər

Bakıda İADİ Avrasiya Regional Komitəsinin növbəti seminarı keçirilmişdir

18 Dek 2010

Bakıda Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Avrasiya Regional Komitəsinin növbəti seminarı keçirilmişdir.

Noyabr ayının 29 və 30-da Bakıda Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Avrasiya Regional Komitəsinin növbəti seminarı keçirilmişdir. Seminar “Maliyyə sisteminin stabilləşdirilməsində əmanətlərin sığortlanması sistemlərinin rolu” mövzusuna həsr edilib. Seminarda Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan və Özbəkistan əmanətlərin sığortalanması təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru – Azad Cavadov seminar iştirakçılarını salamladı, seminar iştirakçılarına “xoş gəlmişsiniz” dedi və seminarı açıq elan etdi. Giriş sözü ilə Mərkəzi Bankın Hüquq Departamentinin direktoru, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının üzvü Rəna Məlikova çıxış etdi və dünyada əmanətlərin sığortalanması sistemlərinin əhəmiyyətliliyindən söz açdı.

Seminarda “Böhran zamanı əmanətlərin sığortalanması sistemlərinin inkişafı”,”Sığorta ehtiyatlarının yaranma mənbələri və aktivlərin idarəedilməsi”,”Sığortalanmış əmanətlərin ödənişi”,”Ləğvetmə prosesində əmanətlərin sığortalanması sistemlərinin rolu”, ”Əhalinin məlumatlandırılması işinin təşkili” kimi mövzular müzakirə edildi. Qeyd olunan mövzularla bağlı Ukrayna Fiziki şəxslərin Əmanətlərinin Sığortalanması Fondunun Sədri Pasiçnik Vasiliy, Rusiya Əmanətlərin Sığortalanması Agentliyinin Əmanətlərinin Sığortalanmasının təşkili Departamentinin Direktoru Aleksey Abramov, Rusiya Əmanətlərin Sığortalanması Agentliyinin Bankların Ləğv edilməsi Departamentinin direktoru Mariya Filatova, Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun sədrinin müavini Saule Şenol Zindayevna, Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun Problemli Banklarla iş üzrə şöbənin müdiri Əskər Tokseyitov, Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Aliya Kanayeva, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Ödənişlər şöbəsinin baş iqtisadçısı Azər İskəndərov və Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Ödənişlər Şöbəsinin iqtisadçısı Orxan Hüseynov çıxış etdilər.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkilatçılığı ilə keçirilən tədbir iki gün davam etdi