Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin III rübünü başa vurdu

18 Dek 2010

Əmanətlərin Sığortalanması Fondu  2010-cu il 27 may tarixində mətbuat konfransı keçirdi.

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası Mərkəzi Bankla razılaşdırılmaqla 2010-cu il iyun ayının 1-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 15%-dən 12%-ə endirdi. Bu barədə Fondun icraçı direktoru Azad Cavadov Kütləvi İnformasiya Vasitələri nümayəndələri qarşısında çıxış etdi və qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin endirilməsinin əsas səbəblərini açıqladı.

Mətbuat konfransında həmçinin Azərbaycanda təcrübə mübadiləsi məqsədi ilə səfərdə olan Rusiya Federasiyasının Əmanətlərin Sığortalanması üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak etdilər. Agentliyin baş direktorunun müavini Andrey Melnikov çıxış etdi və Rusiyada əmanətlərin sığortalanması haqqında məlumat verdi.

01 iyun 2010-cu il tarixindən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi 12 faizdən yuxarı olarsa, bu əmanətlər  Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.