Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin II rübünü başa vurdu

18 Dek 2010

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan II rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 866 min AZN, 1 mln. 299 min ABŞ dolları, 175 min Avro təşkil edir. İştirakçı bankların sayı 43-dür. 

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 27 mln. 309 min 700 AZN təşkil edir.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 2 mlrd. 484 mln. AZN, qorunmayan əmanətlər 818 mln. 577 min AZN, qorunan əmanətlər isə 1 mlrd. 665 mln. AZN təşkil edir.

Qorunan əmanətçilərin sayı 5 mln. 277 min 283 nəfərdir.

01 iyun 2010-cu il tarixdən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.