Xəbərlər

43 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür

19 Apr 2010

Əmanətlərin Sığortalanması Fonduna üzv olan bankların sırasına “BTB”  ASC də əlavə olundu. Bununla da Fonda üzv olan bankların sayı  43-ə çatdı.

 01 yanvar 2009-cu il tarixdən üzv banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.