Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2009-cu ilin IV rübünü başa vurdu

1 Fev 2010

Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan IV rübün təqvim haqlarını toplayıb. Təqvim haqları 711 min AZN, 1 mln. 224 min ABŞ dolları, 158 min Avro təşkil edir. İştirakçı bankların sayı 42-dir. 

İştirakçı bankların Fondun reyesterinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər bütün daxil olan məbləğ 18 mln. 165 min 322 AZN təşkil edir.

Fiziki şəxslərin üzv banklarda olan cəmi əmanətləri 2 mlrd. 170 mln. AZN, qorunmayan əmanətlər 674 mln. 885 min AZN, qorunan əmanətlər isə 1 mlrd. 495 mln. AZN təşkil edir.

Qorunan əmanətçilərin sayı 5 mln. 077 min 670 nəfərdir.

01 yanvar 2009-cu il tarixdən üzv banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.

Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.