Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 % müəyyən olundu

10 Iyn 2009

Azərbaycan Respublikasının Milli Məclisi 08 may 2009-cu il tarixdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanununu qəbul etmişdir.

Qanuna edilmiş dəyişikliklə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinin Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsindən asılılığı aradan qaldırıldı. Qəbul olunmuş Qanuna əsasən illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Respublikası Mərkəzi Bankı ilə razılaşdırmaqla Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası müəyyən edir.

10 iyun 2009-cu il tarixdə keçirilmiş növbədənkənar iclasda Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan Respublikası Mərkəzi Bankı ilə razılaşdırmaqla 15 faiz müəyyən etdi.

Qeyd edək ki, 2009-cu il 01 yanvar tarixindən etibarən Fonda üzv olan banklarda 15 faiz dərəcəsi ilə və  bu faiz dərəcəsi həddində əmanətlər yerləşdirmiş əmanətçilərin əmanətləri qorunan əmanətlər hesab olunur və Fond tərəfindən sığortalanır.

Xatırladaq ki, Qanuna edilmiş dəyişikliyə əsasən  kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.