Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna üzv qəbul olunub

2 Okt 2008

Əmanətlərin Sığortalanması Fondu Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna (EFDI) üzv qəbul olunub.

Xatirladaq ki, EFDI 2002-ci ilin oktyabr ayında yaranıb və hazırda 39 Avropa ölkəsindən Əmanətlərin Sıgortalanması üzrə 54 qurum bu təşkilatın üzvüdür.

Əmanətlərin Sıgortalanması Fondu 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb. Ölkədə fəaliyyət göstərən 46 bankdan 38-i fondun üzvüdür. Üzv banklardakı əmanətçilərin əmanətləri Fond tərəfindən 100%, lakin 6 min manat olmaqla sığortalanır. Bunun üçün əmanətçilər heç bir ödəniş etmirlər. Sığorta haqlarını yalnız banklar ödəyirlər.