Xəbərlər

Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti İtalyanın Neapol şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının konfransında iştirak etmişdir

28 Mar 2018

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndə heyəti İtalyanın Neapol şəhərində Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyasının (IADI) Avropa Regional Komitəsinin illik toplantısı çərçivəsində “Avropada Rezolusiya və Əmanətlərin Təminatı Sxemləri” mövzusunda keçirilən beynalxalq konfransda iştirak etmişdir.

IADI prezidenti, İcra Şurasının sədri, Yaponiya Əmanətlərin Sığortalanması Korporasiyasının direktoru Mikuniya Katsunori, Kanada Əmanətlərin Sığortalanması Korporasiyasının Baş İcraçı direktoru Michèle Bourque, İtaliya Əmanətlərin Sığortalanması Fondunun sədri Salvatore Makkarone, Avropa ölkələrinin banklarının ləğvetmə və sağlamlaşdırma strukturlarının nümayəndələrinin qatıldığı tədbirdə banklarda mövcüd və ehtimal olunan risklər mövzusu müzakirə edilmişdir.

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor vəzifəsini icra edən Vüqar Abdullayev Türkiyə, Çexiya, Polşa, Qırğızıstan və digər ölkələrin  nümayəndələri ilə əmakdaşlığın möhkəmlənməsi, dünya təcrübəsinin tədbiqi barədə müzakirə aparmış və son illərdə Azərbaycanda bütün sahələrdə aparılan dərin iqtisadi islahatlar, o cümlədən əmanətlərin sığortalanması sistemi və ləğv prosesində olan bankların idarə edilməsi və ləğvi barədə məlumat vermişdir.