İcraedici Orqan

Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini, icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Rafik oğlu ABDULLAYEV

20 iyun 1969 –cu il tarixdə Bakı şəhərində anadan olmuşdur.

1986-cı ildə Sumqayıt şəhər 12 saylı orta təhsil məktəbini qızıl medalla bitirmiş, həmin ildə Moskva Dövlət İdarəetmə Akademiyasına qəbul olunmuşdur.

1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur.

1993-cü ildə Moskva Dövlət İdarəetmə Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.

1996-cı ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində Daxili Audit şöbəsinə baş iqtisadçı vəzifəsinə qəbul olunmuş, Xəzinə Əməliyyatlarının Uçotu və Ekspertizası, Kassa əməliyyatlarının uçotu şöbələrində baş iqtisadçı, şöbə rəisi, Dövlət Zəmanəti ilə alınmış kreditlərin qaytarılması üzrə Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Xəzinədarlığın idarəedilməsinin informasiya sistemi layihəsində xəzinədarlıq məsələləri üzrə məsləhətçi vəzifələrində çalışmışdır.

2007-2009-cu illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Büdcəsinin uçotu və hesabatı şöbəsinin müdir müavini, müdiri, 2009-cu ildən 2017-ci ilin 1 avqust tarixinədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2017-ci il tarixli Sərəncamına əsasən Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilmiş və Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilmişdir.

Şahmat üzrə idman ustalığına namizəddir.

Ailəlidir, 2 övladı var.