Xəbərlər

LƏĞV PROSESİNDƏ OLAN BANKLARIN BALANSINDAKI DAŞINAR VƏ DAŞINMAZ ƏMLAKLARIN 45 LOT ÜZRƏ HƏRRACDA SATILMASI BARƏDƏ

9 Iyl 2018

09.07.2018

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC “Bank Standard” KB, ASC “Texnikabank”, ASC “Zaminbank”, ASC “Dekabank”,ASC “Bank of Azərbaycan”, və ASC “Qafqaz Inkişaf Bankı” balansındakı daşınar və daşınmaz əmlakların 45 lot üzrə satışa çıxarır.7 lot üzrə əmlak birinci dəfə,17 lot üzrə ikinci dəfə, 10 lot üçünçü dəfə,11 lot üzrə dördüncü dəfə hərraca çıxarılır.

Hərraclar 16 iyul, 30 iyul və 06 avqust 2018-ci il tarixlərində keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 saytında tanış olmaq olar.