Xəbərlər

LƏĞV PROSESİNDƏ OLAN "QAFQAZ İNKİŞAF BANKI" ASC-NİN KREDİTORLARININ DİQQƏTİNƏ!

20 Apr 2018

20.04.2018

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı"  ASC-nin  kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 23 aprel 2018-ci il tarixdən etibarən başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etsinlər. 

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Bakı ş. (012) 596 65 91/92/93

Qaynar xətt:  941