Xəbərlər

BİLDİRİŞ Ləğv prosesində olan “DəmirBank” ASC-nin Kreditorlarının nəzərinə

7 Mar 2018

Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb.

Ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

-       kreditorun adı və ünvanı;

-       tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

-       tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər:

 

Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı. 

 

Əlavə məlumatlar ücün əlaqə nömrələri:

( 99412) 444-71-71

( 99412) 447-77-44 

( 99412) 596-65-91

 Qaynar xətt – 941.