Xəbərlər

İKİNCİ BİLDIRIŞ
LƏĞV PROSESİNDƏ OLAN "GƏNCƏBANK" ASC-NİN KREDİTORLARININ DİQQƏTİNƏ!

19 Fev 2018

19.02.2018

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank"  ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən başlayıb.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçirilir.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına və Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər. 

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

Gəncə ş. (022) 256 04 93/ (022) 256 03 44

Bakı ş. (012) 596 65 91/92/93

Qaynar xətt:  941