Xəbərlər

Ləğv prosesində olan “DekaBank” KB ASC-nin qorunmayan əmanətçilərinin diqqətinə!

12 Dek 2016

12.12.2016

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “DekaBank” KB ASC-nin qorunmayan əmanətçilərinin diqqətinə çatdırır ki, bankda qorunmayan əmanətlərin ödənilməsinə başlanılmışdır. Əmanətçilər ləğv prosesində olan “DekaBank” KB ASC-yə  müraciət etməklə qorunmayan əmanətlərinin 10 000 (on min) manata qədər hissəsini geri ala bilərlər.

Daha iri məbləğdə əmanətlərin geri ödənilməsinə yaxın günlərdə başlanılacaq və bu barədə Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq.

Ödənişlər ləğv prosesində olan “DekaBank” KB ASC-nin baş ofisinin Müştəri Xidməti şöbəsində həyata keçirilir.

Əlavə məlumat almaq əlaqə nömrələri:

Ləğv prosesində olan “DekaBank” KB ASC: (012) 49811 64

Əmanətlərin Sığortalanması Fondu: (012) 596 65 91 / 92 / 93

Qaynar xətt: 941