Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

12 Okt 2016

11.10.2016

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 802 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 milyon 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  17 milyon 184 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 836 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 103 miyon 677 min  manatdan artıq kompensasiya ödənilmişdir.

11 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 830 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 816 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 15 milyon 646 min manatdan artıq kompensasiya ödənilmişdir.

11 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 974 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 021 min manatdan artıq kompensasiya ödənilmişdir.

11 sentyabr 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu  QSC “Bank Standard” KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 8 milyon 230 min  manat artıq kompensasiya ödənilmişdir.

 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 272 milyon 577 min manatdan artıq kompensasiya   ödənilmişdir.