Xəbərlər

Ləğv prosesində olan QSC“Bank Standard” KB -nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ

7 Okt 2016

07.10.2016
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu 04.10.2016-cı il tarixdən qeyd edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır.

Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 72- ci  maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.

Ləğv prosesində olan QSC “Bank Standard” KB -yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Bakı şəhəri, Bül-Bül prospekti 40

4-cü mərtəbə Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941