Xəbərlər

ELAN: QSC “Bank Standard” KB Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir

3 Okt 2016

03.10.2016   

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının  01 oktyabr 2016-cı il tarixli, 01/10-3443 saylı qərarı ilə QSC “Bank Standard” KB 30 iyul 2007-ci il tarixdə 12 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan QSC “Bank Standard” KB 01 oktyabr 2016-cı il tarixindən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.