Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

30 Sen 2016

29.09.2016 / 9:00

 

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 28 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 570 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 49 milyon 004 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  17 milyon 181min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 772 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 101 miyon 527 min manatdan artıq kompensasiya ödənilmişdir.

28 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 milyon 282 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 699 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 14 milyon 981 min manatdan artıq kompensasiya ödənilmişdir.

28 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 878 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 894 min manatdan artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 261 milyon 402 min manatdan artıq kompensasiya   ödənilmişdir.