Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

23 Sen 2016

23.09.2016 / 9:00

 

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 22 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 415 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 46 milyon 908 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  16 milyon 865 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 98 miyon 951 min manatdan artıq kompensasiya ödənilmişdir.

22 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 milyon 598 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 625 min manatdan artıq kompensasiya ödənilmişdir.       2 bank üzrə ümumilikdə 14 milyon 223 min manatdan artıq kompensasiya ödənilmişdir.

22 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 870 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 886 min manatdan artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 258 milyon 060 min manatdan artıq kompensasiya   ödənilmişdir.