Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

16 Sen 2016

16.09.2016 / 9:00

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 15 sentyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 30 milyon 268 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 995 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  16 milyon 852 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 93 miyon 878 min manatdan artıq kompensasiya ödənilmişdir.

15 sentyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 milyon 176 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 527 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 13 milyon 703 min manatdan artıq kompensasiya ödənilmişdir.

15 sentyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 770 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 786 min manatdan artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 252 milyon 367 min manatdan artıq kompensasiya  ödənilmişdir.