Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

26 Avq 2016

26.08.2016 / 9:00

Diqqətinizə çatdırırıq ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 25 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 milyon 699 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36 milyon 513 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  9 milyon 946 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 473 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 69 miyon 631 min manatdan artıq kompensasiya ödənilmişdir.

25 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 138 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 883 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 4 milyon manatdan artıq kompensasiya ödənilmişdir.

25 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 052 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 504 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 451 min manatdan artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya      ödənilmişdir.