Xəbərlər
25 Avq 2016
25.08.2016
Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/3 saylı qərarı ilə “Atrabank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust 2016-cı tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlamış və “Atrabank” ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmış, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı Qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atrabank” ASC-yə ləğvedici təyin olunmuşdur.
Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 72- ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.
Ləğv prosesində olan “Atrabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941
ew Roman"; mso-ansi-language:AZ-CYR'>
Bakı şəhəri, Bül-Bül prospekti 40
4-cü mərtəbə
Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93 Qaynar xətt: 941