Xəbərlər

Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə

24 Avq 2016

24.08.2016 / 9:00

1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Diqqətinizə çatdırırıq ki, 23 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20,3 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə    29,3 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  9,9 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,4 milyon manatdan artıq kompensasiya ödənilmişdir.

Diqqətinizə çatdırırıq ki, 22 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

23 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 317,4 manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 140 min manatdan artıq kompensasiya ödənilmişdir.

Nəzərinizə çatdırmaq istərdik ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 24,052 min manat kompensasiya ödənilmişdir.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılmışdır. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 895,5 min manat kompensasiya ödənilmişdir.

      Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin              qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmışdır.

      Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 119,5 milyon       manatdan artıq kompensasiya ödənilmişdir.

      Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 206 milyon manatdan artıq kompensasiya          ödənilmişdir.