Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2016-cı ilin 6 ayın yekunları

2 Avq 2016

01.08.2016

2016-cı ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 761  mln. manat təşkil etmişdir.

         2016-cı ilin II rübündə qorunan əmanətlər ötən rüblə müqayisədə 543 milyon manat (8,8%), ilin əvvəlinə olan göstərici ilə müqayisədə isə 296 milyon manat (5%) azalmış və nəticədə cəmi əmanətlərin (7,8 milyard manat) 73%-ni (5,66 milyard manat) qorunan əmanətlər, 27%-ni (2,10 milyard manat) isə qorunmayan əmanətlər təşkil etmişdir.

         Kompensasiya olunan əmanətlər cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 99% (2 275 milyon manat) artaraq 4 572 milyon manat olmuşdur ki, bu da ümumi əmanətlərin (qorunmayan əmanətçilərin əmanətləri istisna olmaqla) 65%-ni, qorunan əmanətlərin isə 81%-ni təşkil etmişdir.

Qorunan əmanətlərin 77%-i ABŞ dollarının, 19%-i manatın, 4%-i Avronun payına düşür.

2016-cı ilin II rübündə Fondun cəmi aktivləri 168,2 mln. manat etmişdir, bunlardan uzunmüddətli aktivlər 2,2 mln. manat təşkil etmişdir.

  2016-cı ilin II rübündə Fondun cəmi gəlirləri 13,7 milyon manat olumşdur ki, bunun da 13,2 milyon manat hissəsini təqvim haqları, 443 min manat hissəsini faiz gəlirləri təşkil etmişdir. Fondun inzibati və ümumi xərcləri 1,8mln. manat, bunun da 943,5 min manatını əməliyyat  xərcləri təşkil etmişdir. 

 

          Hazırda Fondun investisiya portfeli 7,3 milyon manat təşkil edən qiymətli kağızlardan ibarətdir.

2016-cı ilin II rübün sonuna Fondun iştirakçısı olan bankların sayı 37-dir.

        Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

         2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.

         Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92/93 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.