Xəbərlər

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən BİLDİRİŞ

12 Apr 2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81) 1404/16 saylı qətnaməsi ilə “Bank of Azerbaijan” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir.

Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 05 fevral 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində, APA informasiya agentliyinin http://az.apa.az/ saytında və digər KİV-lərdə, 10 fevral 2016-cı il tarixdə Vergilər qəzetinin 06 (317) saylı buraxılışında, 11 fevral 2016-cı il tarixdə Fondun rəsmi internet səhifəsində, 14 mart 2016-cı il tarixdə Trend İnformasiyaAgentliyi və Azərtac İnformasiya Agentliyinin rəsmi internet səhifəsində elan yerləşdirilmişdir.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 05 fevral 2016-cı il tarixdən başlanılmış və 05 aprel 2016-cı il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.

Əlavə suallar üçün xahiş edirik, aşağıdakı ünvana müraciət edəsiniz.

Ünvan: Bakı ş. Ak. Həsən Əliyev küçəsi 24.

Əlaqə telefonları: 175 qaynar xətt, ( 99412) 499 70 00, ( 99412) 596 65 91/92/93