Xəbərlər

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə BİLDİRİŞ

22 Fev 2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81)-1404/16 saylı qətnaməsi ilə “Bank of Azerbaijan” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir.

Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 72- ci  maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da,  bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Banka borcu olan şəxslər borclarının ödənilməsi və məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Ünvan: Bakı ş. Ak. Həsən Əliyev küçəsi 24.
Əlaqə telefonları: 175 qaynar xətt ( 99412) 499 70 00, ( 99412) 596 65 91/92/93,
Ləğvedicinin vəkalətli nümayəndəsi: RamilTahirov

Əlaqələndirici: VüsalHəsənsoy