Xəbərlər

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin ləğvedicisi tərəfindən tələblərin qeydəalınması baradə ELAN

22 Fev 2016

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli2-1 (81)-1404/16 saylı qətnaməsi ilə “Bank of Azerbaijan” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir.
Müflis elan edilmiş Banka qarşı tələblərin qeydiyyatına 05 fevral 2016-cı il tarixdən başlanılmışdır və 05 aprel 2016-cı il tarixinə kimi davam edəcəkdir.
Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
– kreditorun adı ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Kreditorlardan xahiş olunur ki, tələblərinin qeydiyyata alınması üçün aşağıdakı ünvanda bankın ləğvedicisinə müraciət etsinlər.

Ünvan: Bakı ş. Ak. Həsən Əliyev küçəsi 24.
Əlaqə telefonları: 175 qaynar xətt, ( 99412) 499 70 00, ( 99412) 596 65 91/92/93,
Ləğvedicinin vəkalətli nümayəndəsi: RamilTahirov

Əlaqələndirici: Vüsal Həsənsoy