Xəbərlər

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin əmanətçilərinin diqqətinə!

19 Fev 2016

19.02.2016

 Əmanətlərin Sığortalanması Fondu bir daha ictimaiyyətin diqqətinə çatdırır ki,  30 iyul 2007 -cı ildən Fonda üzv olan “Texnikabank”ASC-də 4 fevral 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.

Fondun Himayəçilik Şurasının 11 fevral 2016-cı il tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitə Bank” ASC, “Unibank” ASC və “Kapital Bank” ASC seçilmişdir.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmışdır.

Ərizə formalarını qorunan əmanətçilər 12 fevral 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Texnikabank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər.

Sığorta hadisəsinə görə Fond tərəfindən hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri:

(012) 596 65 91/92/93 və“941” nömrəli qaynar xətt