Xəbərlər

Təkrar PRESS RELİZ

3 Fev 2016

03.02.2016

Əmanətlərin Sığortalanması Fondu bir daha ictimaiyyətin diqqətinə çatdırır ki, 30 iyul 2007-ci ildən Fonda üzv olan  “Bank of Azerbaijan”ASC-də 22 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş vermişdir.

Fondun Himayəçilik Şurasının 22 yanvar 2016-cı il tarixli qərarına əsasən sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün Agent bank olaraq “Muğanbank” ASC, “Rabitəbank” ASC seçilmişdir.
Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmışdır.

Ərizə formalarını qorunan əmanətçilər Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilər.

Qorunan əmanətçilər aşağıdakı cədvələ uyğun olaraq “Bank of Azerbaijan” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən agent bankların filialına müraciət etməklə kompensasiya almaq üçün ərizələri təqdim edə bilərlər:

Sığorta hadisəsinə görə Fond tərəfindən hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və “941” nömrəli qaynar xətt