Xəbərlər

ELAN: “Gəncəbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir

25 Yan 2016

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli,  05/5  saylı qərarı ilə "Gəncəbank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş  28.02.1994-cü il tarixli, 210  saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 30 iyul 2007-ci il tarixdə 25 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Gəncəbank" ASC 25 yanvar 2016-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir.