Xəbərlər

Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Fonda rəsmi səfər etdilər

24 Dek 2015

21-22 dekabr  2015-ci il tarixlərdə Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkil etdiyi treninqdə iştirak etdilər. Treninqin mövzusu “Kompensasiyaların ödənilməsi zamanı proqram təminatının rolu” idi. Treninq zamanı qonaqlar sığorta hadisəsi zamanı Fond tərəfindən əməliyyatların avtomatlaşdırılması məqsədilə    istifadə etdiyi xüsusi proqram təminatı ilə yaxından tanış oldular. Bundan əlavə  Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri Fondun “Əmanətçilərə kompensasiyaların ödənilməsi üçün agent bankın seçilməsi Qaydaları” ilə maraqlandılar. Onları maraqlandıran suallar Fondun nümayəndələri tərəfindən cavablandırıldı. Qonaqlara sonda şəhadətnamələr və dəyərli hədiyyələr təqdim olundu. Qonaqlar treninqdən məmnun qaldıqlarını bildirdilər.