Xəbərlər

Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol

23 Dek 2015

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Əmanətlərin Sığortalanması Fondu və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində tələbələr üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlimin keçirilməsinə start verildi. Bununla əlaqədar olaraq 16 dekabr, 2015-ci il tarixində AMB və Fond nümayəndələri tərəfindən müsabiqədən  keçməyən tələbələr üçün sessiya keçirildi. “Əmanətlərin sığortalanması” mövzusunu əhatə edən təlim tələbələr tərəfindən maraqla dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.

Xatırladırıq ki “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində 14-18 dekabr, 2015-ci il tarixlərində tələbələr üçün “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı müsabiqə xarakterli təlim keçirilir

Təlim 2 mərhələdən ibarətdir. Birinci mərhələdə seçilmiş tələbələr növbəti mərhələdə Əmanətlərin Sığortalanması Fondu, Amrahbank, “FINCA Azerbaijan” və YapıKredi Bank Azərbaycanda tədris səfərlərində və onların keçirəcəyi seminarlarda iştirak hüququ əldə edəcəklər.

Layihəni uğurla başa vurmuş tələbələr adları qeyd olunan qurumlarda təcrübəçi olmaq, həmçinin Əmanətlərin Sığortalanması Fondunun xüsusi hədiyyələrini əldə etmək imkanı qazanacaqlar.