Xəbərlər

Səhifəmizə yeni “Beynəlxalq təcrübə“ adlı bölmə əlavə edilib

1 Dek 2015

Nəzərinizə çatdırmaq istəyirik ki, www.adif.az internet səhifəmizə yeni “Beynəlxalq təcrübə“ adlı bölmə əlavə edilmişdir. Bu bölmədə Siz əmanətlərin sığortalanması, maliyyə və bankçılıq sahələrində araşdırmalar, beynəlxalq əməkdaşlıq və beynəlxalq stadartlar barəsində Sizi maraqlandıran məlumatlarla və məqalələrlə tanış ola bilərsiniz. Bölməyə mütəmadi olaraq əlavə ediləcək məlumatlarla tanış olmaqla Siz dünyada əmanətlərin sığortalanması sistemlərinin fəaliyyəti, bu sahədə olan yeniliklər barədə informasiyalara yiyələnmiş olacaqsınız.