Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu və Dünya Bankı arasında görüş keçirildi

8 Okt 2015

5-7 oktyabr  2015-ci il tarixlərdə Əmanətlərin Sığortalanması Fondunun ofisində   Dünya Bankının Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojina və Durdica Ognjenovic və Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri arasında görüş keçirildi.

Görüş zamanı Fondun fəaliyyəti, əhalinin Fond haqqında məlumatlandırılması, kompensasiyaların ödənilməsi proseduru, proqram təminatı məsələləri, eləcə də  Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondu arasında mövcud və gələcək əməkdaşlıq əlaqələri barədə  müzakirələr aparıldı.