Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu bütün mətbuat işçilərini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir!

22 Iyl 2015

XX əsrin 70-ci illərində görkəmli maarifçi xadimlər tərəfindən əsası qoyulmuş Azərbaycan mətbuatı bu gün öz 140 illiyini qeyd edir. Mətbuat tarixən Azərbaycan dilinin inkişafında, maarifçiliyin təbliğində və ümumilikdə xalqın həyatında böyük rol oynamışdır.Müasir Azərbaycan mətbuatı öz sələflərinin irsinə sadiq qalaraq, tarixi ənənələri davam etdirməklə yanaşı, dövrün tələblərinə uyğunlaşmaq və ictimaiyyəti ölkədə və dünyada baş verənlər barədə məlumatlandırmaq üçün səylə çalışır. Əmanətlərin Sığortalanması Fondu da öz fəaliyyətini əmanətlərin sığortalanması sahəsindəki yenilikləri ictimaiyyətə çatdırmaq üçün mətbuatın köməyindən daim istifadə edir və mətbuatla sıx əməkdaşlıq edir. Mətbuat Fondun ictimaiyyətlə əlaqələrini təmin edən vacib halqa rolunu oynayır. Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi və kollektivi Sizi bir daha milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edir,  Sizə bu çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayır.