Xəbərlər

Diqqət !!! “Azərbaycan Kredit Bankı” ASC Fonda üzv bankların reyestrindən çıxarılmışdır

16 Iyl 2015

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli, 27 saylı qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 29 dekabr 2005-ci il tarixli, 249 saylı lisenziyanın ləğv edilməsi ilə əlaqədar olaraq, 10 sentyabr 2007-ci il tarixdə 32 nömrəli qeydiyyat nömrəsi ilə Fonda üzv olan “Azərbaycan Kredit Bankı” ASC 16 iyul 2015-ci il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və ona verilmiş şəhadətnamə ləğv edilmişdir. Hazırda Fonda üzv bankların sayı 43-dür.

Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi    12 %-dir.

Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Məlumat üçün bildiririk ki,Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.

Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az  əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.