Xəbərlər

Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin 09 iyul 2015-ci il tarixində növbəti onlayn seminarı baş tutdu.

10 Iyl 2015

Avrasiya Regional Komitəsinin Hədəf nisbəti və qorunan məbləğ mövzusunu əhatə edən budəfəki seminarında ümumilikdə Komitənin 6 üzvü (Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Qırğızıstan), o cümlədən müşahidəçi qismində Belarusiya Depozitlərin Sığortalanması Fondu və Tacikistan Depozitlərin Sığortalanması Fondunun nümayəndələri iştirak etdi. Ukrayna, Rusiya, Qazaxıstan, Qırğızıstan və Azərbaycan əmanətlərin sığortalanması fondları mövzu ilə bağlı öz təcrübələrini bölüşdülər.  Prezentasiyalar dinlənildikdən sonra iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Məlumat üçün bildirmək istərdik ki, bu seminar Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin sayca  7-ci onlayn seminarıdır. 2014-cü ilin oktyabr ayından etibarən bu cür seminarlar  rübdə 1 dəfədən çox olmayaraq keçirilir.