Xəbərlər

BANKLARIN DİQQƏTİNƏ!

25 Fev 2015

Nəzərinizə çatdırmaq istəyirik ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası 23 fevral 2015-ci il tarixli növbədənkənar iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 24 fevral 2015-ci il tarixdən etibarən 9 faizdən 12 faizə qaldırılması barədə qərar (Protokol №52) qəbul etmişdir.

Qeyd etmək istəyirik ki, 24 fevral 2015-ci il tarixinədək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də, 24 fevral 2015-ci il tarixdən etibarən qorunan əmanət hesab olunur və Fond tərəfindən sığortalanır. Yəni göstərilən tarixə qədər 10, 11 və 12 faizlə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, 24 fevral 2015-ci il tarixindən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır. Banklar tərəfindən həmin əmanətlərə görə keçmiş dövrlər üçün təqvim haqqı ödənilmir, təqvim haqqları 24 fevral 2015-ci il tarixindən hesablanır.