Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Dövlət İqtisad Universitetində mühazirə keçirdi.

30 Dek 2014

15 dekabr 2014-cü il tarixində Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı Baş hüquqşünas- İcraçı direktoru müavini Ramil Tahirov Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura tələbələrinə mühazirə keçdi. Mühazirə zamanı tələbələrə əmanət növləri, əmanət yerləşdirmənin faydaları, Əmanətlərin sığortalanması sistemi Azərbaycanda və ümumi olaraq Fondun fəaliyyəti mövzuları ətrafında geniş məlumatlar verildi. Sonda tələbələri marağlandıran suallar cavablandırıldı və həyat əmanətlərin sığortalanması sistemi ilə bağlı rastlaşdıqları problemlər müzakirə oludu.

Məlumat üçün bildirmək istərdik ki, bu cür mühazirələr mütəmadi olaraq digər Universitetlərin tələbələri ilə də keçiriləcək.