Xəbərlər

“Beynəlxalq Əmanət Günü” və Maliyə Savadlılığı aylığı çərçivəsində müəllimlər üçün seminar keçirildi.

9 Dek 2014

27-28 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Əmanətlərin Sığortalanması Fondu və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu birgə məktəb müəllimləri üçün “Həyat Dərsi” mövzusunda seminar keçirdi. Seminarın əsas  məqsədi müxtəlif məktəblərdən seminara qatılan müəllimlərə həyatda qarşılaşacaqları Maliyyə problemləri və onların həlli yolları haqqında məlumat vermək idi. Daha sonra iştirakçılara kreditin növləri, kredit almağın fəsadları, borclanma, əmanətin növləri, əmanət yerləşdirmənin faydaları və əmanətlərin sığortalanması sistemi haqqında geniş məlumat verildi və müəllimləri marağlandıran suallar cavablandırıldı. Sonda müəllimlər təşkilatçılara müraciət edərək seminarın çox marağlı keçdiyini bildirdilər və bu cür seminarların mütəmadi olaraq təşkil olunmasının zəruriliyini vurğuladılar.

Məlumat üçün bildirmək istərdik ki, ümumilikdə seminar iki gün hər biri 21 nəfərdən ibarət iki qrup üçün təşkil olundu.