Xəbərlər

Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzi ilə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu birgə banklar üçün seminar keçirmişdir

25 Noy 2014

21 noyabr 2014, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və inkişaf mərkəzi 2011-2014-cü illər üzrə strateji planına uyğun olaraq, “Bilik mübadiləsi” layihəsi çərçivəsində müxtəlif hədəf qrupları üçün bir sıra tədbirlər həyata keçirir. 

Bu istiqamətdə 20-21 noyabr 2014-cü il tarixlərində layihə çərçivəsində Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ilə  birlikdə banklar üçün “Əmanətlərin sığortalanması” mövzusunda növbəti seminar keçirilmişdir. Seminarın keçirilməsində məqsəd bankların əməliyyat və müştəri xidmətləri departamentlərində çalışan əməkdaşlarına əmanətlərin sığortalanmasında dünya və yerli təcrübə, müştərilərin məlumatlandırılması haqqında məlumat vermək, ADİF-in qaynar xəttinə ən çox verilən sualların, bank əməkdaşlarında sual yaradan məsələlərin müzakirəsi və cavablandırılması olmuşdur. Seminarda ümumilikdə 26 kommersiya bankının əməkdaşları iştirak etmişdir.

Yekunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.