Xəbərlər

Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı aylığına start verildi.

12 Noy 2014

Maliyyə Savadlığı layihəsi çərçivəsində 31 oktyabr Azərbaycan Respublikasının Mərkəzi Bankı, Əmanətlərin Sığortalanması Fondu və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu Bakı Atatürk liseyini ziyarət etdilər. Ziyarət zamanı şagirdlərə Beynəlxalq Əmanət Günü ilə bağlı ətraflı məlumat verildi. Daha sonra şagirdlərin marağına səbəb olan bir sıra viktorina və müsabiqələr keçirildi. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırıldı.

Xatırlatmaq istərdik ki, Beynəlxalq Əmanət Günü Azərbaycanda 31 oktyabr 2012-ci ildən başlayaraq hər il keçirilir.  Bu ildə Azərbaycan Respublikası  Mərkəzi Bankının təşəbbüsü, Əmanətlərin Sığortalanması Fondu, Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu və Azərbaycan Banklar Assosiyasiyasının təşkilatçılığı ilə 31 oktyabr Beynəlxalq Əmanət Gününə və noyabr ayı ərzində davam edəcək Maliyyə Savadlılığı aylığına start verildi. Bu tədbir çərçivəsində həm şəhər həm də regionlardakı bir sıra məktəblərə Maliyyə Savadlılığının aşılanması məqsədi ilə səfərlər davam edəcək.