Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu 2014-cü ilin II rübünün nəticələrini açıqladı

3 Avq 2014

2014-cü ilin II rübündə fiziki şəxslərin cəmi əmanətləri (6 335 mln. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-ni təşkil etmişdir.

II rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (6,3 mlrd. manat) 45,2%-ni (2,87 mlrd. manat) qorunmayan əmanətlər, 54,8%-ni (3,47 mlrd. manat) isə qorunan əmanətlər təşkil etmişdir.

Kompensasiya olunan əmanətlər 1 931 mln. manat olmuşdur ki, bu da qorunan əmanətlərin 55,0%-ni təşkil edir.

Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının və 4%-i Avronun payına düşür.

Üzv banklar tərəfindən 6 073 126 əmanətçiyə xidmət göstərilir ki, onların da 5 504 255 nəfəri (91%) qorunan əmanətçidir.

Hazırda Fondun sığorta ehtiyatları 84,3 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 69,53 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,34 % təşkil etmişdir. Fondun 5,0 mln. Avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.

Fondun iştirakçısı olan bankların sayı 42-dir.

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırmaq istərdi ki, 19 may 2014- cü il tarixindən etibarən üzv banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 9 faizə endirilib və bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmayan əmanət hesab edilir.

Sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir  sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği   30 000 manat təşkil edir.