Xəbərlər

Əmanətlərin Sığortalanması Fondu bütün mətbuat işçilərini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edir!

22 Iyl 2014

XX əsrin 70-ci illərində görkəmli maarifçi xadimlər tərəfindən əsası qoyulmuş Azərbaycan mətbuatı bu gün öz 138 illiyini qeyd edir. Mətbuat tarixən Azərbaycan dilinin inkişafında, maarifçiliyin təbliğində və ümumilikdə xalqın həyatında böyük rol oynamışdır.Müasir Azərbaycan mətbuatı öz sələflərinin irsinə sadiq qalaraq, tarixi ənənələri davam etdirməklə yanaşı, dövrün tələblərinə uyğunlaşmaq və ictimaiyyəti ölkədə və dünyada baş verənlər barədə məlumatlandırmaq üçün səylə çalışır. Əmanətlərin Sığortalanması Fondu da öz fəaliyyətini, əmanətlərin sığortalanması sahəsindəki yenilikləri ictimaiyyətə çatdırmaq üçün mətbuatın köməyindən daim istifadə edir və mətbuatla sıx əməkdaşlıq edir. Mətbuat Fondun ictimaiyyətlə əlaqələrini təmin edən vacib halqa rolunu oynayır. Bir daha bu əlamətdar gün münasibətilə Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi və kollektivi mətbuat işçilərini təbrik edir və onlara yaradıcılıq uğurları arzu edir!