Xəbərlər

Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin sayca IV onlayn seminarı sona çatdı.

19 Iyn 2014

Əmanətlərin Sığortalanması Fondunun  təşəbbüsü və təşkilatçılığı ilə Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin 18 iyun  2014-cü il tarixində daha bir onlayn seminarı baş tutdu. 

“ İctimaiyyətin Məlumatlandırılmasının Strategiyaları” mövzusunu əhatə edən budəfəki seminarda ümumilikdə Avrasiya Regional Komitəsinin 6 üzvü (Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Qırğızıstan ), o cümlədən müşahidəçi qismində Belarusiya Depozitlərin Sığortalanması Fondu və Moldova Depozitlərin Sığortalanması Fondu iştirak etdi. Ukrayna, Rusiya, Qazaxıstan və Azərbaycan əmanətlərin sığortalanması təşkilatlarının öz təcrübələri ilə bağlı prezentasiyaları dinlənildikdən sonra iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Məlumat üçün bildirmək istərdik ki, bu seminar Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin sayca dördüncü onlayn seminarıdır və bu cür seminarların mütəmadi olaraq hər rüb iki dəfədən çox olmayaraq keçirilməsi planlaşdırılır.

Xatırlatmaq istərdik ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Beynəlxalq Depozit Sığortaçıları Assosiasiyasının 2012-ci ilin oktyabr ayında keçirilən İllik iclasında qəbul edilən qərara əsasən 2013-2014-cü illər üçün Avrasiya Regional Komitəsinin sədri seçilmişdir.