Xəbərlər

Əmanətçilərin Diqqətinə! May ayının 19-dan etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirilir!

26 May 2014

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 2014-cü il may ayının 19-dan etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endiriləcəkdir.

Fondun Himayəçilik Şurası 6 may 2014-cü il tarixində keçirilən iclasda qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 9 faizə endirilməsi barədə Mərkəzi Bankla razılaşdırmaqla  qərar qəbul edib.

Bu dəyişiklik 19 may 2014-cü il tarixindən qüvvəyə minir və bu tarixdən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilcək əmanətlər qorunmayan əmanət hesab ediləcəkdir. Əlavə olaraq diqqətinizə çatdırırq ki, əmanət müqavilələrinin müddəti bitdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin günə  qorunan əmanətlər üzrə maksimum faiz dərəcəsinə diqqət yetirin.

Xatırlatmaq istərdik ki, 42 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu banklardan birində və ya bir neçəsində sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir  sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir.Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.