Xəbərlər

Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin ikinci onlayn seminarı baş tutdu

21 Fev 2014

19  fevral  2014-cü il tarixində Əmanətlərin Sığortalanması Fondunun  təşəbbüsü və təşkilatçılığı ilə Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin “Differensial sığorta haqları mövzusunda onlayn seminarı keçirildi. Seminarda ümumilikdə Avrasiya Regional Komitəsinin bütün 6 üzvü  (Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Qırğızıstan ), o cümlədən Avrasiya Regional Komitəsinin müşahidəçi qismində 2 ölkənin (Belarusiya,  Tacikistan) depozitlərin sığortalanması fondları və Moldova Depozitlərin Sığortalanması Fondu iştirak etdi. Seminarın məqsədi  mövzu ilə bağlı təcrübələrin daha az vaxt sərf etməklə, iş məkanından ayrılmadan effektiv şəkildə mübadilə olunması, habelə iştirakçıları maraqlandıran sualların mütəxəssislər tərəfindən cavablandırılmasından ibarət idi. Seminarda  Ukrayna, Türkiyə və Qazaxıstanın əmanətlərin sığortalanması təşkilatlarının öz təcrübələri ilə bağlı prezentasiyaları dinlənildi və  iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Depozit Sığortaçılarının Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin ölkələri arasında artıq ikincə dəfə keçirilən onlayn seminarın iştirakçıları seminarın yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürlərini bildirdilər. Bu cür seminarların mütəmadi olaraq hər rüb iki dəfədən çox olmayaraq keçirilməsi planlaşdırılır.

 Xatırlatmaq istərdik ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Beynəlxalq Depozit Sığortaçıları Asosasiyyasının 2012-ci ilin oktyabr ayında keçirilən İllik iclasında qəbul edilən qərarına əsasən 2013-2014-cü illər üçün Avrasiya Regional Komitəsinin sədri seçilmişdir.