Xəbərlər

Sığorta hadisəsi baş vermiş “Royalbank” ASC-nin əmanətçilərinin diqqətinə...!!!

15 Apr 2013

Əmanətlərin Sığortalanması Fondu 07 avqust 2007-ci ildən Fonda üzv olan və 16 iyul 2012-ci il tarixdə sığorta hadisəsi baş vermiş “Royal Bank” ASC-nin  bütün əmanətçilərinin diqqətinə çatdırır ki,  “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən Fond sığorta hadisəsi baş vermiş bankın əmanətçilərinin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

“Royal Bank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə 21 iyul 2012-ci il tarixdə dərc edildiyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu ərizə qəbulu üçün son müddətin 21 iyul 2013-cü il tarixi olduğunu ictimaiyyətin diqqətinə çatdırır və bu günə qədər qorunan əmanətləri üzrə kompensasiyanın alınması üçün müraciət etməyən əmanətçilərə zəruri sənədləri toplayaraq tez bir zamanda Fond tərəfindən seçilən agent banklara (“Muğanbank” ASC, “Bank Respublika” ASC və “AGBank”ASC)  və onların filiallarına müraciət etmələrini xahiş edir.

Seçilmiş agent bankların kompensasiyaların ödənilməsində iştirak edən filialları, onların ünvanları və əlaqə telefonları barədə əlavə məlumatı Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsinə (adif.az) daxil olaraq, Fondun əlaqə nömrələrinə: (012) 596 65 91/92/93“941” qaynar xəttə zəng edərək və ya Fondun ofisinə (Bül-bül pr. 40) gələrək ala bilərsiniz.

Əlavə olaraq bildirmək istərdik ki, sığorta hadisəsinə görə Fond tərəfindən hər bir  qorunan əmanətçiyə qorunan əmanətinin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.